Narkomaniya ümumbəşəri bəladır
Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə Yasamal rayon Polis İdarəsinin rəisi polis polkovniki Cəmil Əmirov, Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Söbəsinin rəisi polis polkovnik-leytenantı Natiq Pircanov, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi polis polkovniki Ayxan Bağırov, Ýasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Anar Süleymanov ,Bakı şəhər Narkoloji Dispanserin narkoloq həkimi Fəzail Sadıqovun iştirakı ilə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda yuxarı sinif şagirdləri ilə görüş təşkil edildi.Məqsəd şagırdləri maarifləndirmək idi.