Korrupsiyaya qarşı mübarizə

Bildiyimiz kimi,ölkəmizdə şəffaflığın artırılması,dövlət idarəçiliyində ictimai etimadın möhkəmləndirilməsi və korrupsiyaya qarşı sistemli mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Bu istiqamətdə Prezident cənab İlham Əliyevin təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” strateji əhəmiyyət daşıyır.
Bu sənədin icrasının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2025-ci il 27 yanvar tarixli əmrlə bütün təhsil müəssisələrində korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi,şəffaf idarəçilik sisteminin təkmilləşdirilməsi və müəllim kollektivlərinin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Bu əmrin icrası ilə əlaqədar olaraq,bu gün biz də pedaqoji şura çərçivəsində üzərimizə düşən vəzifələri müzakirə etməli və konkret addımlar atmalıyıq.Əsas məqsədimiz:
Təhsdil sistemində şəffaflığın təmin olunması,
Hər hansı qeyri-qanuni ödəniş və ya neqativ halların tamamilə aradan qaldırılması,
Valideynlər və ictimaiyyət qarşısında hesabatlılığın artırılmasıdır.
Biz nümunəvi təhsil müəssisəsi kimi bu sahədə öndə olmalı və şagirdlərimizə dürüstlük,vicdan və qanunlara hörmət kimi dəyərləri öz davranışımızla öyrətməliyik.Umutmayaq ki,təhsildə şəffaflıq təkcə qanunvericiliyin tələbi deyil-bu,həm də cəmiyyətə,valideynlərə və gələcək nəsillərə olan borcumuzdur.