HAQQIMIZDA

Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəb 1977-ci ildən fəaliyyətə başlamış və Yasamal rayonu D.Bünyadzadə küçəsi 113 ünvanında yerləşir. Məktəb birtipli lahiyə əsasında tikilmiş 1176 yerlikdir. 2012-ci ildə məktəb əsaslı təmir edilmişdir. Məktəbdə 52 sinif otağı, 3 (kimya,biologiya,fizika) kabineti var. Şagirdlərin sayı 692 nəfər,27 sinif  komplekti və 2 məktəbəqədər hazırlıq  qrupu fəaliyyət  göstərir. Məktəb işçilərinin  sayı 76 nəfər, müəllimlərin sayı isə 50 nəfərdir. Bütün müəllimlər ali ixtisas təhsillidir. Məktəb 5 günlük iş həftəsi ilə Azərbaycan dilində fəaliyyət göstərir və bir növbəlidir. Məktəb binasında 1 qaçqın : Laçın 34 nömrəli tam orta məktəblər və Laçın Rayon Təhsil şöbəsi fəaliyyət göstəriri. 2016/2017-ci tədris ilində məktəbin XI sinif ini bitirmiş  və ali məktəbə qəbul üçün sənət vermiş 22 nəfər məzundan 14 nəfəri ali məktəblərə , 4 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məktəb məzunlarından 3 nəfər 500-dən yuxarı,1 nəfər  İsmixanova  Fidan Teymur qızı 624 bal  toplayaraq ATU-ya qəbul olmuşdur. Məktəb pedaqoji kollektivi təhsil sistemində tətbiq olunan kurikulum standartlarının reallaşdırılmasına, şəxsiyyətyönümlü, nəticəyönümlü təlimə, təhsil alanların yüksək mənəviyyata, müasir bilik və bacarıqlara , yeni texnologiyalara yiyələnməsinin təmin edilməsinə və Dövlət Strategiyasında qarşıya qoyulan məsələlərin həyata keçirilməsinə nail olmağı bir məqsəd kimi qarşıya qoymuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi