"7-dən 17-yə vətənpərvər!" layihəsini həyata keçirmək məqsədi ilə məktəbdə şəhid Elvin Salahovun xatirəsinə həsr olunmuş "Şən startlar" əyləncəli idman yarışı təşkil edildi. Yarışı bədən tərbiyəsi müəllimləri Əfqan Məmmədov və Pərişan Hüseynova idarə edirdi.
Yarışın keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik tərbiyəsi aşılamaqdır.