Fərqlənmə ilə bitirmək-yalnız başlanğıcdır!

Bu gün qürur hissi ilə bildirirəm ki,məktəbimizin 11-ci sinfini fərqlənmə attestatı ilə başa vuran şagirdlərimiz bizə yalnız biliyin deyil,həm də əzmkarlığın,iradənin və yüksək mənəvi keyfiyyətlərin parlaq nümunəsini göstərdilər.
Əziz məzunlarımız,siz məktəb həyatının ən şərəfli səhifələrindən birini yazdınız.Hər birinizin bu uğuru,uzun illər ərzində çəkilən zəhmətin,müəllimlərimizin səbr və diqqətinin,valideynlərin dəstəyinin nəticəsidir.
Bu fərqlənmə sənədi sadəcə bir attestat deyil.Bu,sizin yüksək məqsədlərə doğru atdığınız ilk uğurlu addımdır.İnanıram ki,gələcəkdə də siz bu cığırı daha da genişləndirəcək,xalqımıza və cəmiyyətimizə dəyərli töhfələr verəcəksiniz.
Sizə universitet həyatında,gələcək karyeranızda sonsuz uğurlar arzulayıram.Unutmayın ki,bu məktəb hər zaman sizin eviniz,uğurlarınız isə bizim qürurumuzdur!
Fərqlənmək hər kəsin işi deyil-bu,seçilmişlərin yoludur.Yolunuz daim işıqlı olsun!