Kiçik Akademiya

Zəfər məktəblərarası 1-ci tarix olimpiadasıMəktəbin Kiçik Akademiya üzvləri Cabbarlı Məhəmməd, Mədiyeva Aysu,Qurbanova Ceyran Zəfər məktəblərarası 1-ci tarix olimpiadasında iştirakına görə "Təşəkkürnaməyə" laiq görüldülər.

Ətraflı

VIII fənn müsabiqəsinin qalibi2022/2023-cü il VIII fənn müsabiqəsində Kiçik akademiyamızın gənc bioloqlar kafedrasının üzvü Qədimova Nərgiz Fuad qızı 3-cü yerin qalibi olub bürünc medala laiq görülmüşdür.

Ətraflı

Kiçik Akademiya üzvləri ilə "Heydər Əliyev ili" mövzusunda seminarMəktəbin tarix müəllimi Şölə Qayıbova Kiçik Akademiya üzvləri ilə görüş keçirdi. Heydər Əliyev ili mövzusunda seminar apardı. Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi.

Ətraflı

Xocalı faciəsinin anım tədbiriXocalı faciəsinin 28-ci ildönümü münasibətilə məktəbimizin “Kiçik Akademiya” sının tarix və Dilçilər kafedralarının üzvlərinin toplantısı keçirildi. Ceyran Qurbanova ingilis dilində, Anar Quliyev rus dilində, Aydan Qurbanova azərbaycan dilində Xoçalı faciəsi haqqında məlumat verdilər. Şerlər səsləndirildi, slaydşou göstərildi.

Ətraflı

Tədqiqatçılıq müsabiqəsinin qalibi"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin final mərhələsində məktəbimizin "Kiçik Akademiya" üzvü VIIIA sinif şagirdi Zəhra Hacıyeva "Səs -küy çirklənməsi" mövzusu üzrə qalib adını əldə etmişdir. Tərifnaməyə layiq görüımüşdür.

Ətraflı

İmadəddin Nəsimi 650 illik yubileyiNoyabrın 6-da məktəbin Kiçik Akademiyasının “Dilçilər” və “Mütaliəçilər” kafedrasının üzvləri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyət üfüqündə doğan günəş” adlı təbirdə iştirak edirlər. Tədbirdə şagirdlər “Əmir Teymur”, “Nəsimi” , “ Miranşah” rollarını canlandlrdılar. Nəsimin qəzəlləri və qəzəllərinə bəstələnmiş mahnılar səsləndi.

Ətraflı

BDU-də bir günNoyabrın 28-də məktəbimizin Kiçik Akademiyasının kimya-biologiya kafedralarının üzvləri Bakı Dövlət Universitetində görüşdə oldular Ekoloji-kimya kafedrasının professoru Qiyas Bayramov, həmin kafedranın müəllimi dosent Təranə Əliyeva şagirdlərlə “Ekologiya” mövzusunda söhbət apardı. Bioekologiya kafedrasının müəllimi Günel Sarayeva slaydlar üzrə məlumat verdi. Ekoloji monitorinq üzrə elmi tədris laboratoriyasının əməkdaşı Ofelya Babayeva şagirdlərə cihazların iş prinsipini başa saldı.

Ətraflı

Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) ekskursiya27.11.2019-cu il tarixdə Kiçik Akademiyamızın tərkibindəki kimya-biologiya kafedrasının üzvləri “Qida Təhlükəsizliyi İnstitutunda” (AQTİ) ekskursiyada oldular. Burda İnstitutun keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilovanın rəhbərliyi ilə iş sisteminə baxış keçirildi. Fizika –kimya laboratoriyasının müdiri Minayə Polukova şagirdlərə sağlam həyat tərzi sürmək üçün sağlam qidalanma haqqında məlumat verdi. İstehsal olunan qida məhsulların bu institutda xüsusi aparatlarda necə yoxlanması əyani şəkildə göstərildi. Milli İstinad Laboratoriyasının müdiri Elina Sulayeva burdakı komputerləşdirilmiş müasir aparatların iş prinsipləri haqqında məlumat verdiş Səyyar Laboratoriyalarla da tanış oldu.

Ətraflı

Kiçik tədqiqatçılar müsabiqəsiəsasən məktəbdə “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirildi. II- IV sinif şagirdlərindən ibarət 3 komanda yaradıldı ( hər komandanın tərkibi 5 şagird) “Günəş” komandası “İşıqfor” komandası “Sülh” komandası Komandalar “Sağlam həyat-xoşbəxt həyat”, “Bayramlar və tarixi günlər”, “Yol hərəkəti qaydaları və mən” mövzuları üzrə tədqiqat işləri hazırladılar.Onların şifahi təqdimatı keçirildi. Qalib komanda “Günəş” komandası təyin olundu.

Ətraflı

Məktəbin “Kiçik Akademiya” sı haqqında ümumi məlumatA.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-cu il tarixdən fəaliyyətə başlayıb. Məqsədimiz: Şagirdlərdə yaradıcılığa maraq yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, şagirdlərdə elmi dünyagörüşü formalaşdırılması istiqamətində sistemli iş aparmaq,tanınmış alim və mütəxəsisləri istedadlı şagirdlərlə işə cəlb etmək. Məktəb “Kiçik Akademiyası” sının tərkibində fizika riyaziyyat, humanitar, təbiət-texniki bölmələr fəaliyyət göstərir. Bölmənin tərkibində mütaliəçilər, tarixçilər, dilçilər, kimya, biologiya, coğrafiya, gənc fiziklər, riyaziyyatçılar kafedraları yaradılıb. Məktəbin “Kiçik akademiya” sının vəzifə bölgüsü aşağıdakı kimidir. Prezident-Əfəndiyeva Yaqut Akif qızı- məktəbin direktoru I vitse prezident- Cavadova Balaxanım Cavad qızı-təlim-tərbiyə işləri üzrə direktor müavini II vitse prezident-Məhərrəmova Kəmalə Qafur qızı- biologiya metodbirləşmə rəhbəri III vitse prezident- Qayıbova Şölə Kərim qızı- tarix müəllimi Mütaliəçilər kafedrası – Musayeva Kübra -8a Tarixçilər kafedrası – Kərimli Zəhra 10a Dilçilər kafedrası – Əliyeva Nigar 11a Kimya kafedrası –Orucova Ülviyyə10c Biologiya kafedrası - Əhmədova Nəzrin 10a Coğrafiya kafedrası –Məmmədov Yunis 8a Gənc fiziklər kafedrası – Qurbanova Ceyran 7a Riyaziyyat kafedrası –Abbaszadə Raul-7a Məktəbdə “Kiçik Akademiya” üçün otaq və guşə yaradılıb. “Kiçik Akademiya” nın fəaliyyət planı hazırlanıb təsdiq edilib. “Kiçik Akademiya” nın üzvləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş işlər görürlər

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəb 1977-ci ildən fəaliyyətə başlamış və Yasamal rayonu D.Bünyadzadə küçəsi 113 ünva...

BİZİM FƏXRLƏRİMİZ

Fidan İsmixanova Vüqar

HAQQIMIZDA

Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəb 1977-ci ildən fəaliyyətə başlamış və Yasamal rayonu D.Bünyadzadə küçəsi 113 ünva...

BİZİM FƏXRLƏRİMİZ

Fidan İsmixanova Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi