Bilik günü
Məktəbdə bilik günü təntənə ilə qeyd olundu.Məktəbin direktoru Yaqut xanım Əfəndiyeva çıxış edərək keçənilki uğurlardan söhbət açdı və yeni dərs ilində şagirdlərə uğurlar arzuladı.
2018/2019-cu tədris ilində XI sinfi bitirmiş 28 məzundan 25-i ali məktəbə qəbul imtahanı vermiş, onlardan 17 nəfər uğur qazanaraq tələbə adına layiq görülmüşdür.Tələbə adını qazananlar içərisində Məmmədli Lamiə daha yüksək nəticə əldə edərək Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Tələbə adın mübarək” adlı tədbirə dəvət almış və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tərəfindən hədiyyə olaraq komputer ilə mükafatlandırılmışdır.