Valideynin məktəbdə bir günü
Bakı Şəhəri Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “ Valideynin məktəbdə bir günü” layihəsinin ikinci mərhələsi məktəbdə 31 may 2019-cu il tarixdə məktəbdə keçirildi. Tədbirinin keçirilməsinə hazırlıqla əlaqədar məktəb pedaqoji və texniki heyət, şagirdlər və valideynlər məlumatlandırılmış, tədbirin keçirilməsinin məqsədi onlara ətraflı izah olunmuşdur.
Layihənin həyata keçirilmə tarixi, proqramı “İctimai lövhədə” öz əksini tapmışdır.
Layihə proqram əsasında həyata keçirilmiş, rəsmi açılışdan sonra valideynlər məktəblə ətraflı tanış olmaq üçun idman zalında, fənn kabinələrində, yeməkxanada, kitabxanada oldular, dərsləri müşahidə etdilər və ayrı-ayrı siniflərdə seminarlar keçirildi. Seminarlarda valideyn-şagird-müəllim və məktəb rəhbərliyi arasında əməkdaşlıqdan geniş söhbət açıldı. ”Ümumitəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə ” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.05.2019-cu il tarixli F-233 nömrəli əmrindən irəli gələn vəzifələrin içrasının məktəb rəhbərliyi tərəfindən təmin olunması barədə valideynlərə əlavə məlumat verildi.
Valideynlər belə layihələrin həyata kecməsini dəstəklədilər və mütəmadi olaraq davam etdirilməsini təklif etdilər