Velosiped gün! Sağlam həyata sən də qoşul! adlı Respublika Olimpiya Velosiped Məktəbi ilə birgə məktəbin VI-VIII şagirdlərinin iştirakı ilə tədbir təşkil edildi. Tədbir sağlam həyat tərzinin şagirdlər arasında təbliği və asudə vaxtının səmərəli keçirilməsi məqsədi daşıyırdı.