“Xocalının son günü ” adlı tədbir

Şagirdlərin “Xocalı soyqıqımı” nı əks etdirən rəsm işlərinin, xüsusi bülletenlərin, divar qəzetlərinin, qərənfillərlə bəzədilmiş və şamlar yandırılmış məktəbin akt zalında Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək faciənin motivləri, erməni qəsbikarlarının törətdiyi qətliamlar , insanlığa sığmayan vəhşiliklər , Xocalının tarixi, ərazisi və şəhidləri ilə əlaqədar direktor müavini Gülnarə Vəliyeva tərəfindən məlumat verildi. Şagirdlərin ifasında “Xocalım ay Xocalım” mövzusunda səhnələşdirilmiş ədəbi- bədii kompozisiya nümayiş olundu. Mənfur ermənilərin dinc Xocalı sakinlərinə qarşı amansızlıqları əliyalın əhalinin çəkdikləri müsibətlər, Xocalı aeroportunun qorunması və bu zaman Əlif Hacıyevin qəhrəmanlığını əks etdirən səhnələr son dərəcə təsirli idi. Şagirdlərin ifasında şeirlər söylənildi. Xocalı soyqırımının əks etdirən videoçarx nümayiş olundu. Müəllimlərdən Alidə Məhərrəmova,Kəmalə Məhərrəmova, Nəzakət Şirinova tədbirin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolundandan danışdılar. Hörmətli prezidentimiz İlham Əliyevin bu sahədə dünya siyasi arenasında gördüyü işlərdən, apardığı məqsədyönlü siyasətindən və çıxışlarından sitatlar gətirən məktəbin direktoru Yaşar Əliyev tezliklə itirilmiş torpaqlarımıza qayıdacağımızı əminliklə bildirərək tədbiri yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi