Xocalıya gedən yol

        Məktəbdə Xocalı  faciəsinin  27 illiyi  ilə əlaqədar  hazırlanmış  tədbirlər  planına  əsasən  18.02.2019-cu il tarixdən  26.02.2019-cu il tarixədək  “Xocalı  xalqımızın qan yaddaşı”  adlı  Xocalı  həftəsi  keçirilmişdir.

        20.02.2019-cu il tarixdə “ Xocalı  faciəsi və  faciəyə  gedən  yol”  mövzusunda  “Dəyirmi  masa”  təşkil olunmuşdur. “ Dəyirmi masa”da  məktəbin   tarix müəllimi  Hicran  Əsgərova çıxış  edərək  Xocalı  faciəsinin  mahiyyəti  haqqında  ətraflı  nitq  söylədi. Sonra    müəllimlərdən  Xuraman  Xəlilova, Şölə Qayıbova  o  müdhiş  gecədə  baş  verən  hadisələr,   ölənlər, yaralananlar  haqqında geniş  məlumat  verdilər . Dəyirmi masa  iştirakçıları  video görüntüyə  tamaşa  etdilər və  şagirdlər isə   erməni  vəhşiliklərini  əks  etdirən  ədəbi-bədi kompozisiya  ilə çıxış etdilər.

        22 fevral 2019-cu il tarixdə  “Xocalısız 27 il”  mövzusunda  rəsm müsabiqəsi  təşkil olundu. Müsabiqənin qalibi  10b  sinif  şagirdi  İsmayıl  İslamzadənin   rəsm  işi  Yasamal Rayon Gənclər və İdman İdarəsinə təqdim  olundu.

         25 fevral 2019-cu il tarixdə  “Xocalının  kədəri  və  ümidi”  mövzusunda inşa  yazı  müsabiqəsi  keçirildi.Qalib  gəlmiş  şagirdlərin inşa  yazıları  Yasamal  Rayon  İcra  Hakimiyyəti  Gənclər  və  İdman  İdarəsinə təqdim olundu.

          Məktəbin kitabxanasında  18fevral 2019-cu il tarixdən 26 fevral  2019-cu  il tarixədək   “Xocalı  faciəsi  ədəbi irsimizdə”   mövzusunda kitab  sərgisi  təşkil olundu.18 fevral 2019-cu il tarixdə  ”Bir  yurd  vardı – Xocalı”  adlı  bədii qiraət  müsabiqəs i keçirildi. Müsabiqənin qalibi  9c  sinif  şagirdi  Ülviyyə Orucova oldu.

         Xocalı  soyqırımı  ilə  əlaqədar  hazırlanmış  divar  qəzetləri , foto- stendlər   18 fevral 2019-cu il tarixdən 26 fevral 2019-cu il tarixədək məktəbun  foyesində  nümayiş olundu. Xocalı soyqırımının iyirmi yeddinci  ildönümü ilə əlaqədar  bütün siniflər üzrə sinif saatları keçirildi ,mühazirələr təşkil olundu.

        18-26 fevral 2019-cu il   tarixlərində müəllim və şagird kollektivinin  “Şəhidlər Xiyabanı”na  ziyarəti  təşkil olundu.        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi