“Ana dilimizi sevək, sevdirək” mövzusunda tədbir keçirildi

              

          Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. 

          Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. 

         Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir".

Heç də əbəs yerə deyil ki, Beynəlxalq Ana Dili Günü — UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

         Azərbaycan dili-milli varlığımızdır. Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 2018-ci il 1 noyabr tarixli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s №li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planının aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.2019-cu il tarixli F-20 №li əmrinə əsasən ölkənin bir sıra məktəblərində, o cümlədən Bakı şəhəri Yasamal rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbində “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda tədbir keçirilmişdir. 

        Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaqut Əfəndiyeva açaraq Azərbaycan dilinin yaranma tarixi, inkişafı barədə geniş məlumat vermiş, şagirdlər isə bu incə və lətif dildə yazılmış şeir nümunələri söyləmiş,mahnılar ifa etmiş, səhnəciklər göstərmişlər. Tədbir məktəblilər və valideynlər tərəfindən böyük marağla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi