Məktəbdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirilib

Müzakirə olunan məsələ ilə bağlı məktəbin direktoru Y.Əliyev çıxış edərək,XX əsrin ən dəhşətli faciəsi sayılan “Xocalı soyqırımı” zamanı erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı qətliam törətməsindən, faciə qurbanları haqqında, Xocalı rayonunun tarixindən, faciədən əvvəl əhalisinin sayı və tərkibi, məşğuliyyəti,təhsil,səhiyyə, mədəniyyət ocaqları və tarixi abidələri barədə ətraflı məlumat verdik. O, çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı” ilə əlaqədar 1 mart 1994-cü il və 25 fevral 1997-ci tarixli fərmanları bir daha təsdiq etdi ki, Azərbaycan xalqı və dövləti bu faciəni heç vaxt unutmur və unutmayacaq. Hörmətli Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu məsələnin dünyanın siyasi arenasına çıxarılmasında statlarla böyük xidmətlərindən danışdı. Müəllimlərdən Ü.Xankişiyeva, K.Məhərrəmova çıxış edərək ermənilərin bütün bəşəriyyətə qarşı tarixi cinayətlərindən ətraflı danışdılar.Şagirdlərdən Günay Quluzadə , Mahir Babayev , Əlişah Dadaşov və Fidan Verdiyeva bu cinayətlərin xalqımıza qarşı zaman –zaman baş verməsindən və bir daha belə cinayətlərin baş verməməsi üçün biz gənclər birləşərək vətənimizin qorunması, torpaqlarımızın geri qaytarılmasında dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəyik. Direktor müavini Gülnarə Vəliyeva çıxış edərək bu istiqamətdə məktəbdə foto sərgi, sinif divar qəzetləri, xüsusi bülletenlərin buraxılmasından danışaraq bildirdi ki, 25 fevralda “Xocalı faciəsi” məktəbdə geniş qeyd ediləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi