“Ölkəmizi tanıyaq” tur-aksiyası
Yasamal Rayon Heydər Əliyev Mərkəzində növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra məktəblilər və rayon rəhbərliyi ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Məktəbin valideyni 20 Yanvar əlili Vidadi Kərimovun həyat yoldaşı Gülnarə Kərimova ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğısından söz açdılar və öz təşəkkürlərini bildirdilər.