“Alkoqol qəbulu,səbəbləri və asılılığın yaranması”mövzusunda kecirilmiş dəyirmi masa

Məktəbin tərbiyə işinə dair hazırlanmış tədbirlər planına əsasən 26.01.2016-cı il tarixdə“Alkoqol qəbulu,səbəbləri,nəticələri və asılılığın yaranması”mövzusunda dəyirmi masa keçirildi.Tədbirin keçirilməsində məqsəd spirtli içkilər və onlara alüdə olmağın səbəb və nəticələrini anlatmaq,spirtli içkilərdən asılılıgın mənfi cəhətlərini dərk etdirmək,spirtliçkilərə aludə olmanın qarşısının alınması istiqamətində bacarıqlar aşılamaq idi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva çıxışında bildirdi ki, yeniyetmə və gənclərdə alkoqolizmin yaranmasına bir neçə amil səbəb ola bilir: 1.Dost-tanışın təkidi; .2.Böyüklərə bənzəmək arzusu; 3.”Dərdi küçədə” boğmaq arzusu ; 4.Cəsarətli olmaq arzusu; 5.Asudə vaxtdan səmərəsiz istifadə ; 6.Orijinal görünmək istəyi. Bu səbəblərin nəticəsi olaraq isə yeniyetmə və ya gənc : 1.Ailədən kənara düşə bilər; 2.Ailə büdcəsinin tükənməsinə səbəb ola bilər; 3.Orqanizmin zəifləməsi,xəstəliyin yaranması baş verə bilər; 4.Reputasiyanın(imicin) korlanmasına gətirib cıxara bilər; 5.Dərsdən yayınmaya; 6.Cinayətkarlıga səbəb ola bilər. Biologiya fənnini tədris edən Ülfət Xankişiyeva alkoqolun yaratdıgı asılılıqdan danışdı.O bildirdi ki,zərərli maddələr ,o cümlıdən spirtli ickilər ,narkotiklər və digər toksiki vasitələr ilk istifadələrdə orqanizmdə endorfinlər yaradır.Buna görə də içki içmiş,siqaret çəkmiş,narkotik qəbul etmiş insanın əhvalı yüksəlir,o,qısa müddətə rahatlanır.Növbəti istifadələr zamanı orqanizm artıq qəbul edilmiş dozalara cavab vermir,əhvalın yüksəlməsi üçün daha böyük miqdarda maddə tələb olunur.Beləliklə psixoloji asılılıq yaranır. Sonra digər tədbir iştirakçıları da spirtli içkilərin bir çox bədən üzvlərinə və toxumalarına ,o çümlədən ciyərlərə,mədəyə və qan-damar sisteminə verdiyi ziyandan söz açdılar,X-XI sinif şagirdlərinin hazırladıqları səhnəciyə tamaşa etdilər.Tədbirdə vurğulandı ki,spirtli içkinin sistematik qəbulu həm də sosial problemlər yaradır.Belə insanların ailəsi əziyyət çəkir,onlar işdən qalir,içkili vəziyyətdə cinayət törədirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi