Tariximizi öyrənirik
15 oktyabr 2018-ci il tarixdə məktəbin VI sinif şagirdləri İçəri Şəhər Mərkəzində ekskursiyada oldular.İçəri Şəhərdə 32 dövlət səviyyəli abidə vardır.Şagirdlərimiz onlardan yalnız 2 abidə ilə bağlı məlumat aldılar.Qız Qalası və Şirvanşahlar saray kompleksində oldular, qədim tarixi abidələri maraqla seyr etdilər.
Qız Qalasının XII əsrə aid abidə olması, Məsud İbn Davud tərəfindən tikilməsi, qalanın müəyyən dövrlərdə müxtəlif məqsədlər üçün istifadə edilməsi barədə məlumat aldılar.
XIV-XV əsrə aid olan Şirvanşahlar sarayı da şagirdlər üçün maraqlı idi.Orada yerləşən divanxana, zindan, hamam, daşlar üzərində yazılarla tanış oldular.Ekskursiya zamanı şagirdlər Qız Qalasından Şirvanşahlar sarayına piyada yol qət edərkən qədim evləri, ticarət tükanlarını, əntiq əşyaların sərgisini, İçəri Şəhərin dar, ensiz yollarını öz gözləri ilə gördülər.
Şagirdlərimiz gəzintidən böyük təəssüratla qayıtdılar.