20 Yanvar “Ümumxalq hüzn günü” nün 26-cı ildönümü ilə əlaqədar görülmüş işlər barədə
Azərbaycan xalqının azadlıq hərakatınında xüsusi yer tutan 20 Yanvar faciəsi respublikamızda və bir çox xarici ölkələrdə qeyd edildiyi kimi məktəbimizdə də yüksək səviyyədə qeyd edilmişdir.Belə ki, məlum hadisənin qeyd edilməsi məqsədilə məktəb üzrə 11 yanvar 2016-cı il tarixli 9 N-li əmrlə görüləcək işlər müəyyənləşdirilmiş və tədbirlər planı təsdiq edilmişdir.Tədbirlər planına müvafiq olaraq 20 Yanvar faciəsinin səbəbləri, səbəbkarları, xalqın azadlıq səsinin ucaldılması, şəhidlərimizin heç zaman unudulmaması və bu bir qəhrəmanlıq tarixi kimi hər zaman yaddaşlarda yaşayacağı mövzularında mühazirlələr oxunmuş, şagirdlərin yaş meyarları nəzərə alınmaqla siniflər üzrə bədii qiraət saatları keçirilmişdir.Eyni zamanda “Milli qəhrəmanlarımız and yerimizdi” adlı bədii kompozisiya keçirilmiş,siniflərdə və məktəb foyesində fotostendlər, guşələr, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, divar qəzetləri, bülletenlər buraxılmış, videoçarx nümayiş olunmuşdur. 20 yanvar faciəsinin əsl hüquqi qiymətinin Ulu Öndər Heydər Əliyev tərəfindən verilməsi şagirdlərə ətraflı izah olunmuşdur.Yanvarın 19 –da ilk dərs saatları qanlı Yanvar faciəsinə həsr edilmiş və həmin gün şəhidlərin xatirəsinə şamlar yandırılmış,qərənfillər düzülmüşdür. Məktəbin şagirdləri müəllimlər və valideynlərlə birgə Şəhidlər Xiyabanını ziyarət etmişlər.Şagirdlərdə vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədi ilə “Tarixi qan yaddaşımız” olan Xocalı soyqırımının milli matəm günü kimi qeyd olunması istiqamətində məktəbdə hazırlıq işlərinə başlanılmışdır.