Sülh bizim missiyamızdır

            Beynəlxalq Sülh Günü-BMT-nin30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişıdir.

            21 sentyabr nəinki yalnız xalqlar arasında,həmçinin,ailələrdə məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.

            Bu gün üçün əsas məqsədlərdən biri məktəbdə şagirdləri,valideynləri zorakılığa qarşı mübarizəyə cəlb etməkdir.Bu məqsədlə ”Sülh aylığı” çərçivəsində əvvəlcədən tərtib olunmuş tədbirlər planına əsasən bir sıra tədbirlər həyata keçirilmişdir.21 avqust tarixində məktəbin sabiq direktoru Beynəlxalq Sülh Günü BMT-nin Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır- adlı məruzə ilə  müəllimlər və valideynlər qarşısında çıxış etdi. 25.08.2018-ci il tarixdə G. Vəliyeva və S.Mustafayeva  Ümummilli Lider Heydər Əliyev 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalaması ilə ölkədə müharibəni dayandırması və bununla da ölkədə  sabitliyə nail olması haqqında müəllim və şagirdlərlə ”Dəyirmi masa”da söhbət apardılar. 31.08.2018-ci il tarixdə  8b sinif  şagirdləri S.Hübbətinin rəhbərliyi ilə  ”Mən sülhə səs verirəm” mövzusunda asfalt üzərində  rəsm müsabiqəsi təşkil olundu.18.09.2018-ci il tarixdə məktəbin kitabxanasında 4-6-cı sinif şagirdləri arasında “Yer üzərində sülh olsun”  başlıqlı şer müsabiqəsi təşkil olundu .  Altıncı sinif şagirdi Zəhra Hacıyeva müsabiqənin qalibi oldu.17-21.09.2018-ci il tarixdə “Sülh bizim missiyamızdır” mövzusunda sinif saatları keçirildi.

            21.09.2018-ci il tarixdə isə ”Sülh aylığı”nın yekun tədbiri olaraq tarix müəllimi Ş.Qayıbovanın şagirdlərlə birgə hazırladıqları  referat və elektron təqdimat işlərinə baxış kecirildi, bununla da tədbirə yekun vuruldu.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi