Müstəqilliyimiz əbədidir

Mayın 24-ü 2018-ci il tarixdə məktəbin akt zalında Azərbaycan Respublikası Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar geniş formatda tədbir keçirildi.
Tədbirdə şagirdlərin hazırladıqları ədəbi bədii kompozisiyalar, Azərbaycan Respublikası Cümhuriyyətinin yaranması tarixindən, bu zaman görülmüş işlərdən, süquta yetməsinin səbəbindən və XX əsrin sonlarında yenidən müstəqilliyimizə qovuşduğumuzdan , Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında müstəsna xidmətlərindən geniş söhbət acıldı..
Şagirdlərin ifasında şeirlər və mahnılar ifa edildi. Tədbirdə bir qrup şagird təhsildə və məktəbdənkənar tədbirlərdə qazandıqları uğurlara və bir qrup müəllimlər isə şagirdlərin təlim tərbiyəsində qazandıqlar müvəffəqiyyətə görə “Fəxri Fərman” la təltif edildilər.
Məktəbdə Azərbaycan Respublikası Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilməkdədir