Kitab festivalı
Yasamal Rayon İcra Hakimiyyəti və sahibkar Sabir Həsənovun birgə əməkdaşlığı nəticəsində 09.05.2018-ci il tarixdə paytaxtımızda “Kitab festivalı” keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd kitabın, mütaliənin təbliği idi. S.Həsənovun qeyd elədiyi kimi “Kitaba qayıdış” idi.
Tədbirdə bir çox millət vəkilləri, şair və yazıçılar, Yasamal rayonunun İcra Hakimi başçısı Əziz Əzizov iştirak etdilər. Festivalın açılışında şair və yazıçılardan Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Aqil Abbas, Ramiz Rövşən və s. çıxış etdilər. Onların hər biri bu tədbirin keçirilməsini alqışladı və gənc nəslin düzgün tərbiyə olunması üçün, bədii zövqünün inkişafı üçün çox önəmli olduğunu vurğuladılar. Festivalda kitab sərgisi keçirildi. Müxtəlif kitablar nümayiş etdirilməklə yanaşı onlara hiss olunacaq dərəcədə endirimlər də oldu. Tədbirdə məktəbimizin VI, VII, VIII sinif şagirdləri də iştrak etdilər.
Şagirdlərimiz yazıçı Çingiz Abdullayevdən avtoqraf götürüb onunla birgə şəkil də çəkdirdilər.
Düşünürük ki, bu cür tədbirlərin keçirilməsi gələcəyimiz olan gənclərin tərbiyəsi, dünyagörüşü və maraqlarının inkişafına səbəb olacaqdır.