31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü
Bakı şəhəri 38 N-li tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə keçirilən tədbirlər barədə 30 dekabr 2015-ci il tarixdə məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə yığıncaq keçirildi. Məktəbin direktor müavini Gülnarə Vəliyeva çıxış edərək bildirdi ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məcəlləsinin sədri Ulu Öndərimiz Dünya Azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi elan etdi. Hazırda dünyanın 70-dən çox ölkəsində bu bayram böyük ruh yüksəkliyi ilə qeyd olunur. Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlıların Həmrəylik gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş anlar və duyğularla keçirilir. Bayram ildən daha geniş vüsət taparaq, ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Biz də gənc nəsli bu ruhda tərbiyə edərək böyütməyi özümüzə borc bilirik. Məktəbin müəllimlərindən Məlahət Hüseynova,Elyanə Abbasova və Aytən Əsgərova öz çıxışlarında bildirdilər ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli mənəvi birliyə çağırış günü ümumxalq mənafeyimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin əsası qoymuşdur. Biz müəllimlər də bu ideyaya sadiq qalaraq böyüməkdə olan gənc nəsli bu ruhda tərbiyə etməyi qarşımızda məqsəd qoymuşuq. Milli mənəvi birliyimiz ən böyük sərvətimizdir. Sonra ayrı-ayrı siniflərdə Yeni il şənlikləri ilə tədbir davam etdirildi.