Oxu günü

            Fevralın 24-də “Oxu günü”  nə həsr olunmuş tədbir  keçirildi. Məktəbin 6A  sinif  şagirdləri bu  tədbirə S.S.Axundovun bədii  nəsr  nümunələrinin kütləvi  oxusu və  müzakirəsi ilə  qatıldılar.Müzakirə  zamanı S.S.Axundovun “Nurəddin”, “Qaraca  qız” , “Abbas və  Zeynəb” , “Əhməd  və  Məleykə”, “Qan  bulağı”, “Qatil uşaq”, “Yuxu  və  qonaqlıq” hekayələri  və onların  qəhrəmanları  araşdırıldı.Şagirdlər  əsərlərin  ideyası və mövzusu  ilə  bağlı öz  fikirlərini  söylədilər.

           Məktəbdə  keçdikləri    Ə.Səmədlinin  “Qanlı bənövşə”, İ.Əhmədlinin “Dərs”  hekayələri  ilə  müqayisə  apardılar. Əsərlərdə olan  oxşarlıqları vurğuladılar. Sevindirici hall budur ki, şagirdlər  məkan və  zaman  dəyişilsə də  hər  üç  müəllifin əsərində verilən  məsum  uşaqların  faciəvi  şəkildə  öldürülməsi, haqsızlığın, acgözlüyün  qurbanına  çevrilməsi  faktını  vurğuladılar. Əsərləri   bu  günümüzlə əlaqələndirib nəticə  çıxardılar. Bu  tipli  tədbirlərin əsas  məqsədi  də  gənc  nəslin   dünyagörüşünü, bədii zövqünü formalaşdırmaq, ətrafda  baş  verənlərə   ayıq  gözlə  baxıb münasibət  bildirmək  və  öz  fikrini sərbəst  şəkildə  ifadə  etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi