31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
Məktəbdə 1918-ci il azərbaycanlıların soyqırımının 100 –ci il dönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.
Məktəb kitabxanasında IV –VIII sinif şagirdləri arasında bədii qiraət müsabiqəsi təşkil edildi. Müsabiqənin qalibi VIII sinif şagirdi Ülviyyə Orucova oldu.
“Azərbaycanlıların soyrıqımı tarixin sağalmaz yarasıdır” mövzusunda ESSE yazı müsabiqəsi , siniflərarası divar qəzeti müsabiqəsi və azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş "dəyirmi masa" təşkil edildi.
Tədbirlərimiz mart ayının sonuna kimi davam etdiriləcəkdir.