“Mən tolerantlığı necə başa düşürəm” adlı elmi praktik konfrans
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günüdə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbin 23 noyabr 191 saylı əmri ilə təsdiq edilmiş “Fəaliyyət planı” nın 3.6-cı bəndinə əsasən “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda məktəbdə 23 dekabr 2015-ci il tarixdə elmi praktik konfrans keçirilmişdir. Konfransa X-XI sinif şagirdləri , müəllimlər və valideyn icma nümayəndələri dəvət olunmuşdur. Konfransda məruzə ilə çıxış edən məktəbin direktoru Y.Əliyev qeyd etdi ki, təbiət etibarı ilə insanlar bir-birindən zahiri görünüşünə,dilinə, dininə görə seçilsələr də eyni dərəcədə yaşamaq , əqidəsindən asılı olmayaraq, hamını necə varsa olduğu kimi qəbul etmək, mövcud vəziyyətə “ başqasının gözü ilə baxmaq” bacarığıdır. Tolerantlıq –dini dözümlülük, digər insanlara və əqidələrə dözümlü yanaşma , həmçinin terror və eksteremizmin qəbul edilməməsi xarakterikdir.1995-ci ildə YUNESCO tərəfindən 16 noyabr Beynəlxalq Toleriantlıq gününü elan olunması, Azərbaycan milli tolerantlığı, millətlərarası münasibətləri , dini dözümlülüyü layiqli olaraq dünya dövlətlərinin diqqət mərkəzində olması barədə əsaslı sitatlar gətirildi.Məruzədə bildirildi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasında milli azadlıq və etnik qrupların hüquq və azadlıqlarının qorunması , həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında verdiyi Fərman, cənab Prezident İlham Əliyevin dinlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə sanballı töhfə verdiyinə görə Rus Provoslav kilsəsinin “Müqəddəs Apostol Varfolomey” qızıl medalı ilə təltif edilməsi, “ Azərbaycan tolerantlıq örnəyidir” kitabının nəşr olunması bir daha göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkədir. Məruzə ətrafında çıxış edən məktəbin müəllimləri G.Vəliyeva, M.Məmmədova, S.Gülalıyeva və şagirdlərdən S.Kazımova, K.Hüseynova, A.İslamova plurüalizm və toleriantlıq haqqında fikirlərini bildirdilər və ölkəmizdə bu məsələ ilə bağlı görülən işləri qeyd etdilər. Konfransın yekununda bildirildi ki, dövlətimiz və cənab Prezidentimiz İlham Əliyev böyüməkdə olan gənc nəslin bütün problemlərini həll edir, onlara hərtərəfli diqqət və qayğı göstərir, onların bilikli , savadlı, peşəkar və vətənpərvər olmalarını həmişə əsas vəzifə kimi qarşıya qoyur. Kollektivimiz bundan sonra da işini bu istiqamətdə quraraq böyüməkdə olan gənclərimizi bütün sahələrdə olduğu kimi tolerantlıq ruhunda da tərbiyə etməyə borcludur.İşgüzar şəraitdə keçən konfransda ətraflı fikir mübadiləsi aparıldı bir daha bildirildi ki, bizim öz mövqeyimiz olduğu və biz bu mövqeyi düzgün hesab etdiyimiz kimi, digərlərinin də bizə qarşı tolerant münasibətlərini gözləyirik.