"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimində nitqindən irəli gələn vəzifələrin icrası barədə"
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimində nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilərək məktəbdə müvafiq əmrlə rəsmləşdirilmiş , fəaliyyət planı təsdiq edilmişdir. Məktəbin 23 noyabr 2015-ci il tarixdə keçirilmiş ümumi yığıncağında tədbirlər planının icrası ilə bağlı təşkilati-pedaqoji məsələlərin yerinə yetirilməsi istiqamətinə aydınlıq gətirilmişdir.Şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində sinif divar qəzetləri və bülleten buraxılmış, məktəbdə bayraq günü münasibətilə tədbir keçirilmiş və məktəb saytında yerləşdirilmişdir. “Mənim bayrağım” mövzusunda keçirilən şer müsabiqəsinin rayon turunda iştirak etmiş və qalib olmuş 6-cı sinif şagirdləri Nəzrin Əhmədova, Ləman Məmmədova və 9-cu sinif şagirdi Cəmalə Süleymanlı fəxri fərmanla təltif edilmişlər. “Konstitusiya günü” nə həsr olunmuş sinif saatları keçirilmiş, VIII-X sinif şagirdləri arasında “Bizim hüquqlarımız” və “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzusunda rəsm və inşa yazı müsabiqəsinin məktəb turunun qalibləri VIII-X sinif şagirdləri Məryəm Axundova ,Səriyyə Məmmədovanın, İnci Rüstəmova və Kübra Hüseynova şəhər mərhələsində iştirak etmişlər.“Dövlət müstəqilliyi” və “Milli Dirçəliş “ günü münasibəti ilə siniflər üzrə silsilə tədbirlər və X-XI sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi ilə Yasamal rayon “Heydər Əliyev Muzeyi” nə şagirdlərin ekskursiyaları təşkil olunmuşdur. Şagirdlərin asudə vaxtının təşkili ilə əlaqədar təhsil günlərində “Şirvanşahlar saray Kompleksi” , “Dövlət Tarix Memarlıq Muzeyi” və “Bayraq Meydanı” na siniflər üzrə ekskursiyaları təşkil edilmişdir.Məktəbdə təlim-tərbiyə işinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülmüşdür.Noyabr ayında kimya,fizika ,biologiya fənlərinin tədrisi istiqamətində valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilmiş və davam etdirilir.Məktəbdə keçirilən “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinin məktəb turunun qalibi X sinif şagirdi Kübra Hüseynova II turda iştirak etmişdir.Istedadlı şagirdlərlə işin təşkili sahəsində işlər davam etdirilir. Onların istedadlarının üzə çıxması istiqamətində şer, rəsm, rəqs müsabiqələri və fənlər üzrə monitorinq keçirməklə bilik bacarıq səviyələri öyrənilir. “Sabahın Alimləri” mövzusunda noyabr ayının 25-də müzakirə keçirilmiş və görüləcək işlər müəyyənləşdirilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə məktəb pedaqoji kollektivi çalışacaqdır.