Kimya gecəsi
Bakı şəhəri A.İ.Məmmədov adına 38 N-li tam orta məktəbdə 10 dekabr 2015-ci il tarixdə “Kimya gecəsi” keçirilmişdir.Gecəni giriş sözü ilə məktəbin direktoru Yaşar Əliyev açmış və Günəşli Platformasında həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra söz tədbirin təşkilatçısı -kimya müəllimi və eyni zamanda məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyevaya verilmişdir. G.Vəliyeva öz çıxışında bildirdi ki, müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyələrə əsaslanan fundamental elimlər sistemidir. Kimya təbiət haqqında elimlər arasında əsas yer tutur, fantastik yaradıcılıq gücünə malikdir. Maddələr aləmi müxtəlif, möcüzəli və sirlidir. Bu gün şagirdlərimiz qədim və eyni zamanda sonsuz cavan kimya elminə sizlərlə birlikdə kiçik bir səyahətə çıxacaqlar. Buyurun tanış olun, təəccüblənin, sevin ! Sonra məktəbin kimyasevər şagirdləri bir-birindən maraqlı faktlarla, təcrübələr və kimyaçı alimlərin həyatında baş vermiş maraqlı hadisələrlə tədbir iştirakçılarını sözün əsl mənasında təəccübləndirdilər. Tədbirin keçirilməsində məqsəd şagirdlrədə bu elmə marağı bir daha artırmaq və şagirdlərin asudə vaxtını səmərəli keçirmək idi.