Narkomaniyaya yox deyək
16 yanvar 2018-ci il tarixdə məktəbdə IX –XI sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaşar Əliyev açaraq mövzu ilə əlaqədar məlumat verdi.
Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Vüqar Nəcəfov mövzu ətrafında geniş məruzə etdi.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin inspektoru polis baş leytenantı Ruslan Məmmədov və Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşı polis kapitanı İsmayıl Əsgərov şagirdlərin suallarını cavablandırdılar.