Açıq dərs
Dekabrın 26-da məktəbimizdə 2”C” sinfində Ana dili fənnindən “Hərəkət bildirən sözlər” mövzusunda açıq dərs keçirilmişdir.Dərsdə şagirdlər hərəkət bildirən sözlər, onların sualları və zamana görə necə dəyişdiyini öyrəndilər. Öyrəndiklərini çalışmalar üzərində tətbiq etdilər.
Azərbaycan dilindən öyrəndikləri dil qaydalarını da təkrar etdilər.Dərsdə şagirdlər müstəqil fikir bildirərək mövzu ətrafında ana dilini nə üçün sevdikləri, vətənə məhəbbət hisslərini əhatə etmək bacarıqlarını nümayiş etdirə bildilər. Dərs maraqlı hərəkət bildirən sözlərdən ibarət səhnəciklə bitdi.