Ulu Öndər Heydər Əliyevin anım günü
12 dekabr 2017-ci il tarixdə məktəbdə Ümummilli lider Heydər Əliyevin 14-cü ildönümü münasibəti ilə dəyirmi masa keçirilmişdir.Məktəbin direktoru Yaşar Əliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri və dövlət müstəqilliyimizin əbədiyyata qovuşmasında misilsiz xidmətlərindən danışdı.Şagirdlər Ulu Öndərin gənclərə diqqət və qayğısı barədə ətraflı çıxış etdilər.
Məktəb kitabxanasında Heydər Əliyev haqqında yazılmış kitablarla şagirdlər bir daha tanış edildi və tarix müəllimi Şölə Qayıbova bu barədə onları məlumatlandırdı.
Heydər Əliyevlə bağlı videoçarx nümayiş olundu