Ədəbiyyat biliciləri

  

       

          

          28.11.2017-ci il tarixdə məktəbdə “Ədəbiyyat biliciləri” adı  altında  tədbir  keçirildi.

          Tədbirdə məktəbin  təlim-tərbiyə işləri üzrə direktor  müavini  Balaxanım Cavadova, məktəbin   ədəbiyyat  fənni  üzrə  fənbirləşmə  sədri Nəzakət  Seyfəlova,  fənn müəllimlərindən   Sima  Muradova, Şəmistan Cəfərova, Mehparə  Məmmədova və  kitabxanaçı  Səbinə  Abbasova  iştirak  etdilər.

          Tədbirin  keçirilməsində  məqsəd şagirdlərin mütaliə  bacarığını inkişaf  etdirmək, onların  söz  ehtiyyatını zənginləşdirmək, ədəbi-mədəni irsimizi  tanıtmaq və sevdirməkdən ibarətdir.Bundan başqa şagirdlərdə  ədəbiyyat   nümunələrinə  maraq oyatmaq və onlarla tanışlıq bu  tədbirin başlıca  məqsədlərindəndir.

         Tədbirdə  VI ”A”, VII ”A”, VII “B”, IX “A”, IX “B”, X “A” sinif  şagirdləri  iştirak etdilər.  VII “A”  sinif şagirdi  Mehriban Məmişova, VI “A” sinif  şagirdi   Aysun Fətullayeva, VII”B”  sinif  şagirdi  Aytən  İbrahimzadə və X “A”  sinif şagirdi Məryəm  Axundovanın  müzakirə və  debatlarda   aktivliyi  daha çox diqqəti  cəlb  etdi.  Şagirdlər oxuduqları  əsərlərin qısa məzmunu, əsərin  ideyası baş qəhrəmanı və əsərdən  çıxan nəticə, müasir həyatla əlaqəsini şərh etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi