IX sinif şagirdləri arasında aparılmış inşa yazı müsabiqəsi
Məktəbin 2017-2018-ci il tədris ili üçün fəaliyyət planına əsasən noyabr ayında 9-cu siniflərdə inşa yazı müsabiqəsi aparılması nəzərdə tutulmuşdur.
Müsabiqənin təşkili və obyektiv keçirilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən komissiya yaradılmışdır.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Cavadova Balaxanım, məktəb üzrə metodşura sədri Məhərrəmova Kəmalə,ana dili və ədəbiyyat fənn birləşmə sədri Seyfəlova Nəzakət komissiyanın tərkibinə daxil edilmişlər. Müsabiqəni keçirməkdə əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını, onların rabitəli nitq inkişafını,yaradıcı təfəkkürü vəziyyətini öyrənmək idi.
Seçilən mövzularla bağlı şagirdlərdə vətənpərvərlik hissinin milli özünüdərkin humanizm prinsiplərinin formalaşması və real həyatda onlardan yeri gəldikcə istifadə bacarıqlarının inkişaf etdirilməsi vəziyyətini öyrənmək idi.
Müsabiqədə inşa mövzuları
- Vətənin hər bir qarışı əzizdir.
- Mən jurnalist olsa idim.
- Bilik xəzinəsinin açarı elimdir.
Şagirdlərin yazdıqları inşa yazı işləri müsabiqə üzvləri tərəfindən yoxlanılmış və nəticələri müəyyənləşdirilmişdir. Belə ki, yazı işlərindən
.IX “A” sinif şagirdi Aybəniz Yusubova, Türkan Kazımlı, Ləman Əhmədova, Leyla Məmmədova, IX”B” sinfindən isə Solmaz İbrahimli,İmamyar İslamzadənin yazı işləri xüsusi ilə fərqlənmişlər.