Mən və mənim hüquqlarım
20 noyabr “Ümumdünya Uşaq Hüquqları günü” dür . Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq Hüquqları Konvensiyası- BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqqda məlumat verirlər. Bu konversiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir.O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirir. Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir.
Məktəblilər arasında hüquqi biliklərin artırılması, onların öz hüquqlarını tanıması və bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması, uşaqlar arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə məktəbdə “Mən və mənim hüquqlarım” adlı tədbir keçirildi.Tədbidə uşaqlar öz hüquq və vəzifələrindən söhbət açdılar, səhnəcik nümayiş etdirdilər, şeir söylədilər və mahnı ifa etdilər.