Aydınlığa doğru
18 oktyabr 2017-ci il tarixində “Aydınlığa doğru” milli mənəvi dəyərlərin qorunması İctimai Birliyi məktəbin valideyn və IX –XI sinif şagirdləri ilə birgə seminar təşkil etmək. “Ailə Akademiyası” layihəsi çərçivəsində ailə dəyərlərinin möhkəmləndirilməsinə, boşanmaların sayının azalmasına, ailələrdə daha sağlam mühitin bərpasına yönəldilmiş söhbət aparıldı, videoçarx nümayiş olundu. Tədbirin sonunda valideyn və şagirdləri düşündürən suallar cavablandırıldı, rəy sorğusu aparıldı.