Beynəlxalq Sülh günü

21 sentyabr -Beynəlxalq Sülh günü münasibətilə məktəbdə tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaşar Əliyev açdı.O, Beynəlxalq Sülh gününün 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilməsi tarixindən, hər il sentyabr ayının 3-cü çərşənbə axşamı qeyd edilməsindən,2002-ci ildən bu tarix 21 sentyabr dəqiq tarix kimi müəyyənləşdirilməsindən danışdı. Tarix müəllimi Şölə Qayıbova bu gün Azərbaycan torpaqlarının erməni təcavüzü nəticəsində itirilərək, vətəndaşların qaçqın-köçkün düşmələri haqqında geniş məlumat verdi.Azərbaycanın Respublikasında bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində görülən işlərdən və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822,853,874,884 saylı qətnamələrinin Ermənistan tərəfindən hələdə yerinə yetirilmədiyindən ətraflı danışdı. X-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlərdən Hüseyn Məmmədov, Aytac Bağırova, Fatimə Məmmədzadə çıxış edərək bu gün Azərbaycanda gedən ordu quruculuğundan ,Lələ təpə yüksəkliyi uğrunda ordumuzun rəşadətli qələbəsindən və Cocuq Mərcanlı kəndinin azad edilməsindən ətaraflı danışdılar. Tədbirin sonunda şagirdlərin sualları tarix müəllimi Hicran Əsgərova tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi