Son zəng
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də saat 10-da “Son zəng” tədbiri başlandı."Koroğlu" uverturasının sədaları altında onbirincilər gül və şarlarla bəzədilmiş meydana dəvət olundular.Azərbaycan Respublikasının Dövlət Himni onların ifasında səsləndi. Məktəbin direktoru Yaşar Əliyev, Yasamal RİH-nin nümayəndələri Ramil Abbasov, Ülvi Əlizadə, valideynlər, müəllimlər çıxış edərək məzunları təbrik etdilər və gələcək həyatlarında onlara uğurlar arzuladılar. Bu il məktəbi bitirən 42 məzun adından 11 “A” sinif şagirdi Kübra Hüseynova və 11”B” sinif şagirdi Fidan İsmixanova dərin minnətdarlıqlarını bildirdilər. Şagirdlər vətən, müəllim və valideyn mövzularında şeirlər səsləndirdilər.Məzun mahnısı oxundu.Rəmzi açar onunculara təhvil verildi.Son zəng çalındı.Məzunlar rəqs edərək şənləndilər.Tədbir saat 12-də başa çatdı.