Heydər Əliyev 94
Mayın 10-da məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirildi. “ Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda siniflərdə şagirdlərin yaş kriteriyalarına uyğun olaraq dərslər keçirilmişdir. Dərslərdə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan respublikasının dövlət müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması, Ulu öndərin uzaq görən siyasi kursu nəticəsində Azərbaycan dövlətinin dünya arenasında böyük nüfuza malik olması şagirdlərə bir daha ətraflı izah edilmişdir. Məktəbdə iməcilik keçirilmiş, məktəb ərazisində səliqə - səhman yaradılmış, ağaclar və gül kollarına qulluq göstərilmişdir. Məktəbin müəllimlərindən bir neçə nəfər Yasamal RİH-nin “ Ağac əkmə” kompaniyasında iştirak edərək rayon ərazisində həmişəyaşıl ağaclar əkmişlər.