“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı
2016/2017-ci tədris ilində BŞTİ-i öz fəaliyyətini “Təhsili dəyərə çevirək” adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən hədəflərdən biri “Ekologiya və sağlamlıqdır”. Tədris ilinin aprel ayı “ Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda aylığa start verilmişdir. Ay ərzində məktəbin 6-11-ci sinifləri arasında mövzu ilə bağlı araşdırmalar aparılmış, inşa yazı müsabiqələri keçirilmişdir. Şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilmiş, divar qəzetləri buraxılmışdır. Məktəbimizin şagirdləri Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət, ekoloji təqvim haqqında məlumatlar toplamış və məktəbin foyesində qoyulmuş guşədə nümayiş etdirilmişdir. Məktəbin 8a sinif şagirdi Məmmədova Leyla, 7a sinf şagirdi İsmayılova Gövhər, 7c sinf şagirdi Quliyev Anarın hazırladığı referat, şəkil və əl işləri xüsusi fərqlənmişdir. Ay ərzində məktəbin biologiya müəllimi K.Məhərrəmova, T.Mahmudovanı şagirdlərin hazırladığı slaydlardan dərs prosesində də istifadə edərək onları müxtəlif bilgilərlə məlumatlandırdılar. Aylığın sonuncu günü “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunmuş “Dəyirmi masa” keçirildi. Dəyirmi masada məktəbin biologiya müəllimi Ülfət Xankişiyeva hazırladığı videoçarx şagirdlərə təqdim edildi sonra isə görüntülərlə bağlı şagirdlərin fikirləri dinlənildi. Bütün cavablar şagirdlərlə birlikdə müzakirə edildi