Milli Qəhrəmana həsr olunan duyğulu anlar

   Bu gün məktəbimizdə  vətənpərvərlik mövzusunda təşkil olunan tədbir çərçivəsində şagirdlərimizin hazırladıqları təqdimatlar nümayiş olundu.Səhnəciklər,plakatlar və videoçarxlarla zənginləşdirilmiş bu tədbir hər kəsə dərin təsir bağışladı.

  Tədbir çərçivəsində xüsusilə Milli Qəhrəman Mübariz ibrahimovun həyatına və qəhrəmanlığına həsr olunmuş maraqlı və duyğulu çıxışlar böyük rəğbət qazandı.Şagirdlər onun göstərdiyi şücaəti qürurla dilə gətirdilər və vətən uğrunda canindan keçən igidlərimizin əziz xatirəsini ehtiramla andılar.

  Təqdimatın hazırlanmasında əməyi olan müəllimimiz Mehparə Məmmədovaya təşəkkürümüzü bildiririk.Onun rəhbərliyi ilə hazırlanan cıxışlar və təqdimatlar şagirdlərin vətən sevgisinin  necə dərin olduğunu bir daha nümayiş etdirdi.

Bu kimi tədbirlər gənclərimizin  milli ruhda tərbiyəsinə,vətənə bağlılıq hissinin güclənməsinə xidmətb edir.

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi