Ailəm və məktəbim layihəsinin həyata keçirilməsinə çalışırıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən "Ailəm və məktəbim" layihəsinin həyata keçirilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq, məktəbdə "Valideynlərin məktəbdə bir günü" başlığı altında "Açıq qapı" təşkil edildi.Gün ərzində valideynlər dərsləri dinlədilər,kitabxana,idman zalı,akt zalı,yeməkxana ilə tanış oldular.Son olaraq isə məktəb rəhbərliyi ilə görüşdülər,arzu və təklıflər qutusuna anonim olaraq öz arzu,irad və təkliflərini yazaraq ünvanladılar.