31 mart azərbaycanlıların soyqrımı günü
31 Mart soyqırımı münasibətilə məktəbin 5a və 6a siniflərində debat keçirilmişdir. Mövzu ilə əlaqədar şagirdlər müxtəlif şəkillər çəkmiş, təqdimat və divar qəzetləri hazırlamışlar.Erməni təcavüzkarlığını və riyakarlığını bir daha sübut edən Əli Səmədlinin “Qanlı bənövşə”, Eyvaz Zeynallının “Oğru” hekayəsi müzakirə olundu. Hər iki əsərdən çıxan nəticə erməni vəhşiliyi, erməni zorakarlığı idi. Azyaşlı uşağa təcavüz edib onu vəhşicəsinə öldürən ermənilərin əsl sifəti əsərdəki epizodlarla bir-bir araşdırıldı.Hekayələrdən oxşar və fərqli cəhətləri müqayisə etməklə təcavüzkar xalqın əməlləri pisləndi. Şagirdlərə aşılandı ki, bu vəhşilikləri heç zaman unutmasınlar,gələcək nəsillərə də ötürsünlər. Şagirdlər gələcəkdə torpaqlarımızın geri qaytarılması ilə bağlı müxtəlif fikirlər söylədilər. Bəziləri bunu sülh, bəziləri isə hərb yolu ilə həll etməyin mümkün olduğunu söylədilər.