Hərb tariximizi öyrənək

Məktəbin 9-cu sinif şagirdləri ilə Yasamal rayonu ərazisində yerləşən Hərb Tarixi Muzeyində ekskursiyada olduq.Ekskursiya zamanı Azərbaycanda hərb tarixinin yaranmasından bu günə kimi bütün keçdiyi uzun və çətin yol xronoloji ardıcıllıqla şagirdlərə izah edildi.Eyni zamanda 44 günlük Vətən müharibəsində qurulan döyüş səhnələri,texniki avadanlıqlar,istehkamlar şagirdlərin böyük marağına səbəb oldu.