“Alternativ enerji” mövzusunda aylıq
2016/2017-ci dərs ilinin mart ayı üçün layihə çərçivəsində “Alternativ enerji” mövzusunda aylığa strat verilmişdir. Ay ərzində məktəbin VII-XI sinif şagirdləri ilə “Alternativ enerji” mövzusunda araşdırmalar aparmış,müxtəlif tədbirlər həyata keçirmiş və əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Məktəbin girəcəyində “Alternativ enerji” nin alınma mənbələri və üsullarını əks etdirən stend qoyulmuşdur. Stentdə şagirdlərin hazırladıqları əl işləri, referatlar nümayiş etdirilmişdir. Məktəbin fizika müəllimi Könül İsmixanova şagirdlərlə “Alternativ enerjinin alınma mənbələrini və üsulları” na dair müsahibələr apardı. Mövzu ilə bağlı mütəmadi olaraq fənn müəllimləri tərəfindən siniflərdə açıq dərslər keçirilmişdir. Aylığın son günü “Alternativ enerji” mövzusunda “dəyirmi masa” keçirildi. Dəyirmi masada şagirdlərin hazırladıqları referatlar dinlənildi, şagirdlərin hazırladıqları video-çarx nümayiş etdirildi. Şagirdlərin görüntülərlə bağlı fikirləri dinlənildi. 9a sinif şagirdlərindən Əsgərova Yeganə , İbrahimov Fərid, Hüseynova Səba referat işləri bəyənilmişdir. “Alternativ enerji və bərpa olunan enerji mənbələri” mövzusunda keçirilən “Dəyirmi masa” da məktəbin 8a sinif şagirdləri Məmmədova Leyla, Kazımlı Türkan və 7a sinif şagirdi Əhmədova Nəzrin fəal iştirak etmiş və qoyulan məsələləri ətraflı cavablandırmışdır.