Müəllimlər Günün qeyd edilməsi barədə
Məktəb kollektivi 5 oktyabr -müəllimlər Günü münasibətilə tədbir qeyd etdi. Tədbirdə Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Yasamal rayon Komitəsinin sədri Rövşən ibrahimli iştirak etdi. Məktəbin direktoru Gülnarə Bəkirova müəllimləri təbrik edərək çıxışında bildirdi ki, müəllim adı yüksəkdir. Məktəbin hər bir müəllimi onun üçün dəyərlidir. Gülnarə xanım kiçik yaşlı uşaqlarla birlikdə müəllimləri güllərlə təbrik etdi. Rövşən müəlim də öz növbəsidə çıxış edərək müəllim peşəsinin həm müqəddəsliyindən həm də çətinliyindən danışdı. Həmkarlar adından məktəbin bir neçə müəllimi fəxri fərmanla təltif olundu.