"Suverenlik günü" nün qeyd edilməsi
Suverenlik gününün qeyd edilməsi münasibətilə məktəb rəhbərliyi başda olmaqla müəllim və şagird kollektivi tədbirdə iştirak etdilər. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva açıq elan etdi. Dövlət Himni səsləndirildi.Məktəbin direktoru Gülnarə Bəkirova çıxış edərək "Suverenlik günü" nün təsis edilməsi haqqında qanunun dövlətçiliyimiz üçün nə qədər önəmli olduğunu bildirdi. Xalqımız bu gün öz müstəqil dövlətinin sahibidir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,suverenliyimiz xalqımızın milli sərvətidir. Çıxışdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin tarix müəllimi Qayıbova Şölə çıxış etdi. Suverenliyin əldə olunması üçün keçmiş tarix və hadisələrdən danışdı.Məktəbimizin məzunu olmuş Vətən müharibəsi qəhrəmanı, şəhid Elvin Salahovun xatirəsi yad edildi.
Sonda şagirdlər vətənpərvərlik ruhunda səsləndirilən mahnı sədaları altında sinif otaqlarına daxil oldular.