Sertifikatlar verilməsi barədə

28 fevral 2017-ci il tarixdə məktəbdə “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası” nın final mərhələsinin iştirakçıları olan 9 nəfər VI və VII sinif şagidlərinə sertifikat verilmişdir. Məktəbin direktoru Y.Əliyev onları təbrik edərək onlara təhsildə daha böyük uğurlar arzuladı.O bildirdi ki, olimpiadanın keçirilməsində məqəsəd şagirdlərin məntiqə olan marağını artırmaq, məntiqi təfəkkür və düşüncə tərzini, qavrama hafizə və məntiq kimi vacib bacarıqların inkişafına müsbət təsir göstərmək məqəsdi ilə təşkil olunmuşdur və olimpiada bu il də keçiriləcəkdir.