“Azərbaycan tarixi və etnoqrafiyası” na dair görülmüş işlərin hesabatı
2016/2017-ci tədris ilində BŞTİ öz fəaliyyətini “Təhsili dəyərə çevirək” adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən hədəflərdən biri “Ekologiya və Sağlamlıq” dır. 2016/2017-ci tədris ilinin fevral ayı üçün layihə çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət” , “ Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda aylığa start verilmişdir. Aylıq çərçivəsində məktəbimizin 9-10-cu sinif şagirdləri arasında “Azərbaycan ekoloji tarixi” mövzusunda müsabiqə keçirildi.Şagirdlər referat yazı və inşa yazıları ilə müsabiqədə iştirak etdilər.Məktəbimizin şagirdləri Azərbaycanın tarixi abidələri, etnoqrafiyası və incəsənətinə aid əl işləri hazırlamış və məktəbin foyesində nümayişi təşkil edilmişdir. Azərbaycanın tarixi yerlərinə - “Şirvanşahlar sarayına”, “Qız qalasına” ekskursiyalar təşkil edilmişdir.Məktəbimizin tarix müəllimi X.Xuraman şagirdləri Azərbaycan Tarix muzeyinə aparmış və oradakı tarixi eksponatlarla tanış olmuşlar. Aylığın son günü “Azərbaycan tarixi və etnoqrafiyası” na həsr edilmiş “dəyirmi masa” keçirildi. Dəyirmi masada məktəbin tarix müəllimi Əsgərova Hicran hazırladığı videoçarxı şagirdlərə təqdim etmişdir. Sonra isə görüntülərlə bağlı şagirdlərin müsahibələri dinlənildi.