“Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti”
Mövzu ilə əlaqədar 24 fevral 2017-ci il tarixdən məktəbdə tədbir keçirildi.Tədbirdə Yasamal Rayon Polis İdarəsinin rəisi , polis polkovniki İsfəndiyar Mehbalıyev, Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov,Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Anar Süleymanov iştirak edirdilər. Yasamal Rayon Polis İdarəsinin rəisi , polis polkovnik İsfəndiyar Mehbalıyev çıxış edərək bildirdi ki, müasir dövrdə cəmiyyəti düşündürən və narahat edən, bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. Narkomaniya bir başa intihar halı olmasa da, onun insanların tədricən məhv etdiyi, ölümə sürüklədiyi inkaredilməzdir. Artıq uzun müddətdir ki,narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir.Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır.Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir.Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Natiq öz çıxışında narkomaniyanın tarixindən danışarkən qeyd etdi ki, təkcə yaxşı şeylərin tarixi olmur.Qəribə də səslənsə, narkomaniyanın tarixinin ,kökünün nə vaxta və hara söykənəyəcəyinə nəzər salaq.Tarixə baxsaq , görərərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil.Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızadan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma,ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzəblarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə- yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub.Ümumiyyətlə tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdır.Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək,əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb –sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu.Şərq ölkələrinə səyahətə çıxarkən tiryək istehsalatçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yalnış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asıllığı belə şərh edir : “ Kim tiryəkə vərdiş edibsə, onu hər zaman qəbul etməlidir”. Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov yol hərəkatı qaydaları haqqında qanundan söhbət açdı, bu qanunla uşaqları tanış etdi.Suallarla müraciət edərək məktəblilər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsinin vəziyyətini müəyyənləşdirdi və onlara tövsiyələr veridi. Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Anar Süleymanov məruzə ilə çıxış etdi.O bildir ki, narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir.Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır.Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. İnsanların narkomaniyanın toruna necə düşmələrindən danışarkən Anar Süleymanov bildirdi ki, araşdırılmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaətin yanlış olduğunu isə deməyə heç ehtiyyac yoxdur.Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanlar onlar olardılar. Əfsuslar olsun ki, bu gün orqanizimdə narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir.Bunun sonunda dayanan faciəni isə təəssəvür etmək belə qorxuncdur.Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Sonda natiq şagirdlərin suallarını cavablandırdı.