Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında

Məktəbimizdə Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən 01.02.2017-ci il tarixdən 24-02-2017-ci il tarixədək “Xocalı xalqımızın qan yaddaşı” adlı Xocalı aylığı keçirilmişdir. 23.02.2017-ci il tarixdə “ Xocalı faciəsi və faciəyə gedən yol” mövzusunda “Dəyirmi masa” təşkil olunmuşdur. “ Dəyirmi masa”da məktəbin direktoru Yaşar Əliyev çıxış edərək Xocalı faciəsinin mahiyyəti haqqında ətraflı nitq söylədi. Sonra tarix müəllimləri Hicran Əsgərova, Xuraman Xəlilova o müdhiş gecədə baş verən hadisələr, ölənlər, yaralananlar haqqında geniş məlumat verdilər . Dəyirmi masa iştirakçıları video görüntüyə tamaşa etdilər və şagirdlər isə erməni vəhşiliklərini əks etdirən ədəbi-bədi kompozisiya ilə çıxış etdilər. 16 fevral 2017-ci il tarixdə “Xocalısız 25 il” mövzusunda rəsm müsabiqəsi təşkil olundu. Müsabiqənin qalibi 8b sinif şagirdi İsmayıl İslamzadənin rəsm işi 24 nömrəli Yaradıcılıq Mərkəzinə təqdim olundu. 22 fevral 2017-ci il tarixdə “Xocalının kədəri və ümidi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.Qalib gəlmiş şagirdlərin inşa yazıları Yasamal Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinə təqdim olundu. Məktəbin kitabxanasında 01fevral 2017ci il tarixdən 24 fevral 2017-ci il tarixədək “Xocalı faciəsi ədəbi irsimizdə” mövzusunda kitab sərgisi təşkil olundu.13 fevral 2017-ci il tarixdə ”Bir yurd vardı – Xocalı” adlı bədii qiraət müsabiqəs i keçirildi. Müsabiqənin qalibi 7a sinif şagirdi Səkinə İbrahimova oldu. Xocalı soyqırımı ilə əlaqədar hazırlanmış divar qəzetləri , foto- stendlər 01 fevral 2017-ci il tarixdən 24 fevral 2017-ci il tarixədək məktəbun foyesində nümayiş olundu. Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar bütün siniflər üzrə sinif saatları keçirildi ,mühazirələr təşkil olundu.22-26 fevral 2017-ci il tarixlərində müəllim və şagird kollektivinin “Şəhidlər Xiyabanı”na ziyarəti təşkil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi