"Ana dili" günü münasibətilə dəyirmi masa
Bu gün məktəbin 10-11-ci sinif şagirdləri ilə “Ana dili” günü münasibətilə dəyirmi masa keçirildi. Şagirdlər ana dilimizin keçdiyi tarixi inkişaf yolu, onun zənginliyi və gözəlliyi ilə bağlı fikirlər söylədilər.Dahilərin dilimiz haqqında söylədikləri dəyərli aforizmləri səsləndirildi.Dövlətimizin dilə göstərdiyi qayğı və diqqətdən də danışıldı.Şagirdlərdən Rüstəmova İnci, Məmmədova Fatimə,Qurbanova Leyla tərəfindən şeirlər söylənildi.Dil haqqında məktəbin ana dili və ədəbiyyat müəllimləri mühazirə oxudular. Mənim ana dilim-mənim kimliyim, Pasportum, özümə öz hakimliyim. Məni həm babamla, həm də nəvəmlə Bağlayıb uzanan tarix bağımsan. Dünənim, sabahım, üstəlik hələ Mənim söz hünərim, söz bayrağımsan. Məşhur rus pedaqoqu Uniski çox gözəl deyib: “Bir millətin malını,dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”.