Buraxılış imtahanları ilə bağlı 11-ci sinif şagirdləri ilə keçirilmiş iclas
10.02.2017-ci il tarixdə məktəb rəhbərliyi tərəfindən XI sinif şagirdləri ilə iclas keçirildi.İclasda məktəbin direktoru Yaşar Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.12.2016 il tarixli 498 nömrəli qərarı ilə tədiq edilmiş “Tam orta təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (attestasiyasının) aparılması Qaydaları” nı şagirdlərin nəzərinə çatdırdı. Məktəbin direktor müavini Balaxanım Cavadova qaydalara dair müddəların hər bir bəndini şagirdlərə ətraflı izah etdi.Şagirdlərə fənlər üzrə cavabların sayının 5 ballıq qiymət şkalasında uyğynluğunu izah etdi Şagirdlərin imtahanlarla bağlı verdikləri suallar rəhbərlik tərəfindən ətraflı cavablandırıldı.